Şəhanə Familqızı yazır: Qaldım viranələr arasında

Bütün itirdiyimiz əzizlərimizin əziz xatirəsinə ithaf olunur.

Ömrümə rövnəq verənim,

Minnətsiz minnət çəkənim

Amansız ağrıma dözənim,

Qaldım viranələr arasında.

Gözlərimə bax, halıma yan,

Olma imansız, Allahsız,

Qəflətdən oyan deyənim,

Məhv oldu, fövt oldu,

Dünya gözümdən düşdü,

Qəza məni səhraya saldı,

Mənə nə qaldı?

Könül dediyin bağsız bir quş,

Kefi hara istər qonar,

Anlamadan atəşlərə sarmaşınca,

Bir kül tək havaya sovrular, sevdiyim.

Ömrümün çırağı,

Könlümün sorağı,

Məni məndən alıb apardı,

Gözüm yollarda qaldı.

Göy bir daha bərk guruldadı,

O qara buludlar səni yenə yada saldı,

Keçmişlər başıma dolandı.

Qaldım viranələr arasında.

Sən ey zülmü ərşə dirənmiş,

Yoxluğun məni dəhşətə gətirir,

Gözlərimə qaranlıq gəlir,

Sənsizlikdən yenə başım hərlənir

Qaldım viranələr arasında.

Şəhanə Familqızı.