İSBAM sədri Bərdə rayonunda səfərdədir

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Bərdə rayonunda Şəhidlər Xiyabanını ziyarət edib.

Maraqlı.Biz xəbər verir ki, İSBAM sədri 44 günlük Vətən müharibəsində şəhid olan Turqut Fikrət oğlu Zeynalovun mövludu münasibəti ilə məzarını və ev muzeyini ziyarət edib,valideynlərinə baş sağlığı verib və tanrıdan onlara səbir diləyib.

Eyni zamanda, bir neçə Şəhidlərimizin də valideynləri ilə görüşüb.

Qeyd edək ki, ziyarətdə Bərdə şəhərində yerləşən 10 saylı körpələr – evi, uşaq bağçasının müdiri, Şəhid və Qazi ailələrini daim diqqətdə saxlayan Leyla Məmmədova da iştirak etmişdir.

Ayna Fərhad